"Saxtadır, yalan danışır, özünü məsum göstərir" VİDEO

Müğənni Damla bir neçə aydan sonra Moskvadan Azərbaycana gələ bilib. SİA-nın məlumatına görə, 1 həftə karantində saxlanılan ifaçı bu haqda verilişlərin birində danışıb: "Həyatımda yaşadığım heç nəyə görə peşman olmuram. Mart ayından Moskvaya getdim. Qismətdə var idisə, yaşadıq. İlk ay ümidlə yaşayırdım ki, bu hal bitəcək, sərhədlər açılacaq. May ayı başlayandan sonra isə səbrimi cilovlaya bilmədim. Oğlum burada idi, ağlayırdım. Əvvəl oteldə qaldıq, sonra bir gün Rəqsanəgildə qaldıq. Daha sonra ev tutduq və kirayə yaşadıq. Eşitdim Dərbənd tərəfdən Azərbaycana keçmək olur. Gəldik, amma əvvəl buraxmadılar. Qayıtdıq Mahaçqalaya, orada ev tutduq".

Damla sosial şəbəkədə ünvanına yazılan tənqidlərdən də bəhs edib: "Deyirlər, çox saxtadır, yalan danışır, özünü məsum kimi gözə soxmağa çalışır. Sanki qüsursuzdur, günahsızdır. İnsanlara özünü mələk kimi təqdim edir. Sənət adamlarının çıxışlarını hər zaman izləyirəm. Hansısa bir sənət dostumun xətrinə dəymək, alçaltmaq, təhqir etmək, ələ salmaq, lağa qoymaq, dürüstlükdürsə, səmimiyyətdirsə... Onlar haqda neqativ fikirlər demək və bunu "sözü üzə deyirəm" kimi qələmə vermək səmimiyyətdir? Bunları etmirəmsə, saxtakaram?".

"Şəbnəm Tovuzlu sizlə efirə çıxmaq istəyib, amma razılaşmamısınız" sualına müğənni "Nə deyim. Heç bir sənət dostumla efirə çıxmıram. Dəfələrlə bunu demişəm" cavabını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə