Amerikalı müğənni Castin Timberleyk gənələrin daşıdığı Laym xəstəliyinə tutulduğunu açıqlayıb. SİA xəbər verir ki, bu barədə sənətçinin "Instagram" hesabında məlumat verilib. Müğənni bu açıqlamanı “Forget Tomorrow” dünya turnesinin başa çatması ilə bağlı verib. Timberleyk səhhətində problemlər olduğunu, ona Laym xəstəliyi diaqnozu qoyulduğunu vurğulayıb. Müğənni bu açıqlamanı ona təəssüflənmək üçün vermədiyini bildirib.
Qeyd edib ki, pərdə arxasında nə ilə üzləşdiyini açıqlamaq istəyr. O, əlavə edib ki, qastrol zamanı səhnəyə çıxanda şiddətli nevralgiya, yorğunluq və ürəkbulanma keçirib. Timberleyk xəstəliyinə baxmayaraq çıxışını davam etdirmək qərarına gəldiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə