Məhkəmə İbrahim Tatlısəsin qızı ilə bağlı qərar verdi

Məhkəmə yol hərəkəti qaydalarını pozaraq polis əməkdaşlarının üzərinə avtomobil sürməsi ilə gündəmə gələn İbrahim Tatlısəsin qızı, müğənni Dilan Çıtak barəsində qərar verib. SİA “Habertürk”ə istinadən xəbər verir ki, Çıtak məhkəmə tərəfindən nəzarət şərti ilə azadlığa buraxılıb. Məhkəmə binasını tərk edərkən kameralara tuş gələn Dilan Çıtak baş verənlərə münasibət bildirib: “Bu, sadəcə kiçik bir anlaşılmazlıq idi. Qısa zamanda aydınlaşacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə