Türkiyəli aktyor Cihan Ünal “Kuruluş Osman”dan ayrılan aktyor Burak Özçivitin yerinə serialın heyətinə qayıtmaq təklifi alıb. SİA xəbər verir ki, bu haqda Türkiyə KİV-də xəbərlər yayılıb. Məlumata görə, Cihan Ünalın “Osman bəy” obrazının yaşlı versiyasını canlandırması nəzərdə tutulur.
Qeyd edək ki, C.Ünal hələ 1988-ci ildə “TRT1”də yayımlanan “Kuruluş Osmancık” tarixi serialında “Osman bəy” obrazını canlandırıb. Xatırladaq ki, Burak Özçivitin sözügedən serialla maliyyə anlaşmazlığına görə yolları ayırdığı haqda xəbərlər yayılmışdı. Daha sonra Özçivit özü də vida paylaşımı edərək xəbərləri təsdiqləmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə