Rusiyalı məşhur aktrisa Tatyana Yeqorova 82 yaşında vəfat edib. SİA xəbər verir ki, bu barədə Rusiya Kinematoqrafçılar İttifaqının "Telegram" kanalında məlumat paylaşılıb. Məlumata görə, sənətçi uzun sürən xəstəlikdən sonra 21 iyulda dünyaya gözlərini yumub.
Qeyd edək ki, Yeqorova Kinematoqrafçılar İttifaqının üzvü olub, “Ofis romantikası”, “Dəli gün və ya Fiqaronun evliliyi” və “Göydəki durna” kimi onlarla filmdə rol alıb. Aktrisa uzun illər Moskva Akademik Satira Teatrında da çalışıb və bir çox görkəmli rolları ifa edib. Bundan əlavə, o, sensasiyalı "Andrey Mironov və mən" də daxil olmaqla bir neçə kitabın, həmçinin yeddi pyes və bir çox essenin müəllifidir.
Bütün xəbərlər Facebook səhifəmizdə