Castin Biber 8 aylıq oğlu üçün hamam xalatı dizayn etdi - FOTO

Müğənni Castin Biber oğlu üçün şəxsən hazırladığı hamam xalatını nümayiş edib. SİA xəbər verir ki, o, 8 aylıq oğlu Cek Blyuz üçün hazırladığı xalatın şəkillərini "Instagram"da paylaşıb. İfaçı xalatın onun "Skylrk" brendi tərəfindən istehsal olunduğunu yazıb. Qeyd edək ki, Heyli ilə 2018-ci ildə evlənən Castin ötən ilin avqustunda ata olub.

Bütün xəbərlər Facebook səhifəmizdə