Kann Film Festivalının qalibləri BUNLARDIR - SİYAHI

Fransız rejissoru Castin Trietin "Payızın trayektoriyası" filmi 76-cı Kann Film Festivalında "Qızıl Palma" mükafatına layiq görülüb. SİA xəbər verir ki, bu barədə festivalın "Twitter" səhifəsində məlumat verilib.

Film ərinin pəncərədən yıxılaraq müəmmalı şəkildə ölməsindən sonra həbs edilən alman yazıçısının hekayəsindən bəhs edir. Cinayət işində yeganə şahid onun kor oğludur və o, anasının günahsızlığına şübhə etməyə başlayır. Filmdə baş rolu Sandra Hüller canlandırıb.

Digər nominasiyalar üzrə mükafatlar aşağıdakı kimi olub:

Ən yaxşı aktyor - yaponiyalı Koji Yakuşo ("Gözəl günlər").

Ən yaxşı qadın rolu - türk aktrisası Merve Dizdar (Quru ot üstündə, Türkiyə).

Qran Pri - britaniyalı rejissor Conatan Qlazerin "Maraq zonası" filmi.

Münsiflər heyətinin mükafatı - Aki Kaurismäki (Finlandiya) tərəfindən hazırlanmış "Ölü yarpaqlar".

Ən yaxşı rejissor: Çan Anh-hung (Ragout Doden Buffan)

Ən yaxşı ssenari: Yuji Sakamoto (Monster)

Bütün xəbərlər Facebook səhifəmizdə