“Azərbaycanın yaratdığı sistem çox böyük imkanlar yaradır” DEPUTAT ŞƏRH ETDİ

"Azərbaycan bütün beynəlxalq platformalarda öz strategiyasını əməkdaşlıq və tərəfdaşlıq üzərində qurur. Bu özünü İslam Əməkdaşlıq Təşkilatında, Qoşulmama Hərəkatında və hal-hazırda İqtisadi Əməkdaşlıq Təşkilatında da eyni formada ifadə edir." Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın yaratdığı sistem, nəqliyyat sistemi, enerji sistemi, ticarət üçün çox böyük imkanlar yaradır.

“Azərbaycanın Vətən müharibəsində qələbəsi bölgədə sabitlik üçün böyük bir şərait yaradır və Azərbaycanın Böyük Qayıdış layihəsində ölkəmizlə yanaşı ona tərəfdaş olan, dost olan ölkələrin iştirakı da hər bir iştirkçı üçün çox böyük iqtisadi imkanlar vəd edir. Bölgəmizin sabitlik, tərəfdaşlıq, əməkdaşlıq və bununla yanaşı çox ciddi nəqliyyat sisteminin mövcudluğu beynəlxalq ticarət üçün, əməkdaşlıq üçün, investisiyalar üçün yaradılan şərait bizim bölgəmizi sabitlik, əməkdaşlıq bölgəsinə çevirəcəkdir. Bu, dünyada yüksək qiymətləndirilir və Azərbaycanla əməkdaşlığın nəticəsində mən əminəm ki, əməkdaşlıqda iştirak edən hər bir ölkə öz maraqlarını təmin edə biləcək”

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...