Gəncədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni mənzillər inşa olunucaq

Gəncədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni mənzillər inşa olunucaq

Gəncə şəhərində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin problemlərinin həlli istiqamətində yeni tədbirlər planı hazırlanıb. İlkin olaraq bu qəbildən olan insanlar mənzillərlə təmin ediləcək.

Belə ki, Gəncədə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yeni binaların inşası nəzərdə tutulur. SİA-nın bölgə müxbirinə Gəncə şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, şəhərdə 7 yaşayış binasının tikintisi aparılacaq. İşlər mərhələli şəkildə həyata keçiriləcək.

Statistik rəqəmlərə görə Gəncə şəhərində 525 şəhid ailəsi və 400-dən artıq Qarabağ müharibəsi əlili yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə