Bakıda “XXI əsrdə MDB və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrində dillərin və mədəniyyətlərin dialoqu” mövzusunda VI beynəlxalq forum keçiriləcək - ÖZƏL
Noyabrın 9-10-da Bakı Slavyan Universiteti daha bir beynəlxalq tədbirə ev sahibliyi edəcək. Bu barədə SİA-ya açıqlamasında BSU-nun mətbuat xidmətinin rəhbəri Adil Əliyev məlumat verib. O bildirib ki, bu tarixlərdə universitetdə "XXI əsrdə MDB və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrində dillərin və mədəniyyətlərin dialoqu" mövzusunda VI beynəlxalq forum keçiriləcək.
Beynəxlaq forumun Bakı Slavyan Universiteti (BSU) və Moskva Dövlət Linqvistik Universitetinin (MDLU) birgə təşkilatçılığı ilə baş tutacağını deyən A.əliyev vurğulayıb ki, tədbirdə MDB icra komitəsinin sədri, MDB-nin icraçı katibi Sergey Lebedev, Rusiya Dövlət Dumasının MDB və soydaşlarla iş üzrə komitəsinin sədri Aleksey Ostrovski, bundan əlavə, MDB ölkələrindən 70-ə yaxın nümayəndə iştirak edəcək.
"Noyabrın 9-da Bakı Slavyan Universitetində MDLU-nun kitab məhsulu sərgisi açılacaq. Həmin gün saat 10:00-da isə MDB və ŞƏT ölkələrinin humanitar universitetlərinin rektorlarının, Rusiya və Azərbaycan parlamenti deputatlarının iştirakı ilə MDB-nin 20 illiyinə və MDB iştirakçı ölkələrinin Dil və Mədəniyyət üzrə Baza Təşkilatının 10 illiyinə həsr edilmiş mətbuat konfransı təşkil ediləcək. Noyabrın 10-da isə "XXI əsrdə MDB-nin və Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ölkələrində dillərin və mədəniyyətlərin dialoqu" mövzusunda VI beynəlxalq forum öz işinə başlayacaq, Bundan sonra forumun plenar iclasları aparılacaq və müxtəlif səpkidə ustad dərsləri keçiriləcək", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB