"Kluj-Napoka ilə əməkdaşlıq Qarabağın Avropa şəhərləri ilə əlaqələrini genişləndirə bilər" - POLİTOLOQ
"Xankəndi, Ağdərə və Xocalı ilə Rumıniyanın Kluj-Napoka şəhəri arasında əlaqələrin qurulması Qarabağın Avropa şəhərləri ilə birbaşa əməkdaşlığının genişləndirilməsi baxımından mühüm perspektivlər açır. Burada söhbət yalnız diplomatik və simvolik münasibətlərdən deyil, şəhər idarəçiliyi, investisiya, innovasiya, turizm, təhsil və humanitar sahələrdə konkret tərəfdaşlıq modelinin formalaşdırılmasından gedir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, Kluj-Napoka Mərkəzi və Şərqi Avropada innovasiya, universitetlər və texnologiya ekosistemi ilə seçilən şəhərlərdən biridir və bu təcrübənin Qarabağın yenidən qurulan şəhərlərinə transferi əhəmiyyətli nəticələr verə bilər:
"İlk növbədə, qarşılıqlı biznes forumlarının və investisiya platformalarının yaradılması mümkündür. Rumıniya şirkətlərinin Qarabağda tikinti, kənd təsərrüfatı, qida sənayesi, logistika, alternativ enerji və rəqəmsal texnologiyalar üzrə layihələrə cəlb olunması yeni iqtisadi imkanlar yarada bilər. Eyni zamanda Qarabağ şəhərlərinin Kluj-Napoka ilə “ağıllı şəhər” həlləri, elektron idarəçilik, tullantıların idarə olunması və yaşıl nəqliyyat sahəsində əməkdaşlığı perspektivlidir.
Təhsil və humanitar istiqamət də xüsusi əhəmiyyət daşıyır. Universitetlərarası mübadilə proqramları, birgə tədqiqat layihələri, tələbə və mütəxəssis mübadiləsi, şəhərsalma üzrə təcrübə proqramları həyata keçirilə bilər. Gələcək mərhələdə Xankəndi, Ağdərə və Xocalıda Kluj-Napoka tərəfdaşlığı ilə innovasiya mərkəzlərinin yaradılması, birgə startap proqramlarının təşkili, turizm marşrutlarının hazırlanması və mədəniyyət festivallarının keçirilməsi real layihələrə çevrilə bilər.
Ən mühüm məqam isə Qarabağın Avropa şəhərləri ilə əlaqələrinin şəbəkə xarakteri almasıdır. Kluj-Napoka ilə qurulan münasibətlər Rumıniyanın digər şəhərlərinə və Avropa biznes dairələrinə çıxış üçün əlavə kanal yarada, Qarabağın reinteqrasiya və Böyük Qayıdış prosesinə iqtisadi və humanitar dəstəyin miqyasını genişləndirə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB