22 iyul tarixində Azərbaycan milli mətbuatının 151 illiyi münasibətilə Yasamal Rayon Yeni Azərbaycan Partiyası Təşkilatının təşkilatçılığı ilə Milli Kitabxanada tədbir keçirilir. Tədbirdə YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon Bələdiyyəsinin sədri Tahir Məmmədov, “Səs” qəzetinin təsisçisi və baş redaktoru Bəhruz Quliyev, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Hüseyn Hüseynov, media nümayəndələri, ziyalılar və ictimaiyyət təmsilçiləri iştirak edirlər.
SİA xəbər verir ki, tədbir Azərbaycan respublikasının Dövlət himni ilə başlayıb. Tədbirdə Azərbaycan milli mətbuatının keçdiyi inkişaf yolu, müasir medianın cəmiyyətdəki rolu, jurnalistikanın qarşısında duran vəzifələr və media nümayəndələrinin peşə fəaliyyətinə verilən dəyər barədə çıxışlar edilir. Tədbirdə bir sıra media nümayəndələri fəxri fərman ilə təltif olunublar.
Lətifə Musayeva
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB