"Azərbaycan çoxvektorlu xarici siyasət kursu həyata keçirir. Bu xarici siyasət kursu heç bir kəskin rəqabətin mərkəzində qalmadan milli maraqlara fokuslanıb".
Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə ABŞ ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir:
"Çünki ABŞ dünyanın fövqəl dövləti olmaqla yanaşı, həm də ən böyük iqtisadiyyatıdır. Donald Trampın ikinci dəfə hakimiyyətə gəlişindən sonra onun siyasətdə tutduğu dəst-xətt, irimiqyaslı layihələrə əhəmiyyət verməsi, habelə siyasətdə şəxsi münasibətləri göz önündə tutması olduqca mühüm məsələdir. Bu baxımdan ki, daha öncəki hakimiyyətin heç bir dəyərləri, münasibətləri, ən əsası isə obyektivliyi nəzərə almadan atdığı addımlar qəbuledilməz idi.
ABŞ ilə əlaqələrdə yeni bir səhifə açılıb. Bu səhifənin daha müsbət notlar üzərindən inkişafı həm də cənab Prezident İlham Əliyevlə Donald Tramp arasında olan şəxsi münasibətlərdir. Bu münasibətlərin yüksək səviyyədə olduğunu cənab Prezident İlham Əliyev görüş zamanı bir daha diqqətə çatdırdı. Vitse-prezident Vensin Azərbaycana səfəri də münasibətlərin inkişafı baxımından çox böyük əhəmiyyət kəsb edirdi. “Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyasının” imzalanması, şübhəsiz ki, atılacaq addımların arealının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Bu gün Azərbaycan üçün daha mühüm bir məsələ var.
Bu da ABŞ Konqresində Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğv ilə bağlıdır. Şübhəsiz ki, bu istiqamətdə Abraham Hamadenin düzəlişin ləğv ilə bağlı iləli sürülmüş qanun layihəsində həmmüəllif olması xüsusi əhəmiyyətə malikdir. Deməli, Abraham Hamadenin şəxsi qismində Azərbaycana edilən səfər bu məsələnin də müsbət həll olunmasına gətirib çıxardacaq. Deməli, bu məsələdə də cənab Prezident İlhəm Əliyev qətiyyət və prinsipiallıq nümayiş etdirir. ABŞ həm də Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparmasında xüsusi addımlar atır. Regional nəqliyyat bağlantılarının inkişafı, TRIPP dəhlizinin yaradılması bu münasibətlərin daha tezləşdirilməsinə töhfə verəcək. Ümumiyyətlə, qeyd etməliyəm ki, ABŞ Konqresi ilə Azərbaycan arasında dialoqun daha da möhkəmləndirilməsi istiqamətində davamlı addımlar atılmalıdır.
Burada sadəcə siyasi məsələlər deyil, iqtisadi, ticari, texnologiya bağlantılar istiqamətində də addımlar atılmalıdır ki, görüş çərçivəsində bütün bu amillər də nəzərdən keçirildi".
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB