"Azərbaycan vaxtı ilə USAİD barədə danışanda inanmırdılar" - ŞƏRH EDİLDİ
"Vaxtı ilə Azərbaycan USAİD və "Azadlıq" radiosu ilə bağlı danışdıqca bunu düzgün başa düşmürdülər". Bunu SİA-ya politoloq Zaur Məmmədov deyib.
O bildirib ki, bu təşkilat Azərbaycanda guya insan azadlığını və demokratiyanı əsas gətirərək söz azadlığına təziq kimi başa düşürdü: " Amma bu gün Tramp və İlon Mask eyni zamanda respublikaçılar hakimiyyətinin digər üzvləri də açıq şəkildə "Amerikanın səsi" və "Azadlıq" radisonun bağlanmasını danışırlar. Həmçinin açıq şəkildə USAİD-lə bağlı ofislərini bağlayaraq bu qurumun əslində rüşvətxorluqla, çirkli pulların yuyulması ilə məşğul olduğunu bildiriblər. Bununla bağlı Amerikanın tərkibində çox ciddi ittihamlar səsləndirirlər. Belə olduğu halda bütün bunlar onu göstərir ki, zamanında Azərbaycan haqlı idi. Vaxtında bizim ölkəmiz deyəndə ki, USAİD üzərinə düşən öhdəlikləri yerinə yetirmir və s. inanmırdılar. Çox uzatmağa getmək lazım deyil, ikinci Qarabağa müharibəsində də USAİD necə ermənipərəst mövqedə olduğunu göstərirdi. Nikol Paşinyan Qarabağla bağlı fikirlər səsləndirmədiyi halda USAİD bununla bağlı fikirlər bildirərək, Azərbaycanı digər məsələlərdə ittiham edirdi. Yəni bu həmin təşkilatdır. Ona görə də baş verənlər bir daha bu qurumu ifşa edirdi. Düşünürəm ki, qarşıdakı günlərdə bu liberal baxış bucağı ilə bağlı ayrı-ayrı təşkilatlarla əlaqədar apardığı siyasət ciddi şəkildə öz istiqamətini tapacaq. Baxaq görək Tramp bunu bacaracaq ya yox".
Banuçiçək Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə