"Media savadlılığı həftəsi dövlət ictimai məzmunlu və əhəmiyyətli kampaniyadır". Bu sözləri SİA-ya açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Onun sözlərinə görə, bu ilk növbədə cəmiyyətin və media resurslarının nəzəri diqqətini Media savadlılığı kimi institunun nə qədər vacib olduğuna cəlb etmək məqsədi daşıyır: "Eyni zamanda kampaniyanın ilboyu mütəmadi şəkildə keçirilməsinə ehtiyac var. Çünki birinci növbədə media savadlılığı informasiya təhlükəsizliyinin təminatı üçün vacibdir. Həmçinin media savadlılığının nə demək olduğu cəmiyyətdə təsəvvürlərin genişləndirilməsindən ibarətdir.
Media savadlılığının tam şəkildə dərk olunması cəmiyyətin bununla əlaqədar əsas vəzifələrini müəyyənləşdirməyə imkan verir. Bu saxta informasiyaların həqiqi informasiyalardan fərqləndirmə bacarığı, cəmiyyətin informasiya təhlükəsizliyinə etibarlı təminatı yaradılması, informasiya mənbələri ilə effektiv əməkdaşlıq mexanizmləri və obyektiv, davamlı çıxışın təmin olunması, həmçinin cəmiyyətin və media orqanlarının dürüst şəkildə informasiya yayılması səriştəsindən ibarətdir".
Aydın Quliyev sözlərinə belə davam edib: "Əsasən də süni intellektin yarandığı dövrdə cəmiyyətin doğru informasiyaya ehtiyacı var. Xüsusən də indiki qloballaşma mərhələsində dünyanın mərkəzi dövlətləri Azərbaycana və bu kimi dövlətlərə informasiya təbliğatını media savadsızlığından istifadə edərək həyata keçirirlər. Belə şəraitdə dürüst və sağlam informasiyaların hazırlanması, həmçinin təhlükəsizliyinin yaradılması media savadlılığından çox asılıdır".
https://medialiteracy.media.gov.az/
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə