Gürcüstanlı idmançı Qətərə velosipedlə gedir

Gürcüstanlı velosipedçi Nodar Beridze 99 gün ərzində 99 şəhəri gəzərək və sonda Qətərin paytaxtı Doxaya çatmağı planlaşdırır.

SİA bu barədə rus saytlarına istinad edir.

Velosiped turunun başlanğıcı Goderdzi keçidindən götürülür.

Qeyd edim ki, Qoderdzi Gürcüstanda dəniz səviyyəsindən 2025 metr yüksəklikdə, Çoroxa və Kür hövzələrini ayıran Arsiyan silsiləsində yerləşən dağ keçididir.

Beləliklə, gürcüstanlı velosipedçi öz velosipedi ilə yüz gündən az müddətdə 5,9 min km. qət edəcək, doqquz ölkəni və 99 şəhəri gəzəcək.

Yeri gəlmişkən bu yürüşdə Beridze tək olmayacaq. Belə ki, müxtəlif şəhərlərdə onu mindən çox velosipedçi müşayiət edəcək.

Unikal velotur noyabrda Doha şəhərində başa çatacaq.

Səfərin məqsədi velosiped və velosiped turizminin populyarlaşdırılmasıdır. Peşəkar güləşçi və velosipedçi deyir: “Mənim missiyam sülhü, yaxşılığı və sağlamlığı, həmçinin idmanı və sağlam həyat tərzini təbliğ etməkdir”.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə