Qidalanma problemi olmasa da, qanda vitamin və mineral çatışmazlığı saç tökülməsinin əsas səbəblərindən biridir. SİA xəbər verir ki, B12, D vitamini, folik turşusu, biotin, sink, dəmir kimi vitamin və minerallar azdırsa, saç qidalana bilmir və tökülür. Dəmir çatışmazlığı olmadıqda belə, dəmir qatqısı saç tökülməsinə çox müsbət təsir göstərir.
Kişilərdə rastlaşdığımız saç tökülməsi, ilk öncə, genetik və insanların 60%-dən çoxunda görülən kişi tip hormonlarla əlaqəli saç tökülməsidir. Bu formada saç tökülməsi xroniki xarakter daşıyır. Yaş artdıqca keçəllik də artır. Erkən yaşlarda başlayan daxildən vitaminlərlə aparılan möhkəmləndirmə müalicələri, tökülmə sürətini yavaşladır. Bu forma saç tökülməsi qadınlarda da rast gəlinir. Ən əsasda ailəsində keçəllik problemi olan insanlar özlərində saç tökülməsi riski ilə qarşılaşırlar.
Günümüzdə 18-20 yaşlarında başlayan kişi tipli saç tökülməsi əksər halda gənc qızlarda görülür. Bu vəziyyətin öncəki illərlə müqayisədə həddindən artıq çox qarşılaşmasının səbəbləri stres, yalnış qidalanma, uzun zaman aclıq və hormonal problemlərdir.
Həddindən artıq stres hər hansı bir xəstəlik kimi saç tökülməsinin səbəbidir. Depressiya, narahatlıq, psixoz və müalicəsində istifadə olunan dərmanlar saçlara təsir göstərə və tökülməsinə səbəb ola bilər. Saçlar qısa müddətdə gündəlik həyatda bir çox amillərdən təsirlənə bilən canlı bir orqandır. Bu məlumatın işığı altında, insanın həyatında bir şey səhv olduğu zaman, şəxs əvvəlcə özünün çəkisini çəkməli, daha sonra lazım olduqda mütəxəssisdən kömək istəməlidir. Çünki ətrafdan yalnış eşidilən məlumatlar xəstələrin vaxt itirməsinə səbəb ola bilər.
Lətifə Abdıyeva
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB