Brokolinin faydaları - MÜTLƏQ OXUYUN

Tərkibində A, C, E, K vitaminləri olan bu tərəvəz antioksidanlarla zəngin hüceyrələri sərbəst radikallardan qoruyur. SİA xəbər verir ki, brokoli toxumundan təzə olan brokoli cücərtiləri, digər tərəvəzlərdən 50 qat daha çox sulforafan daşıyır. Sulforafan isə xərçəng hüceyrələrinin böyüməsini maneə törədir və onları öldürür.

Brokoli güclü quruluşu ilə bədəndəki istənilməyən kimyəvi maddələri xaric edir. K vitamini mənbəyi olan brokoli, sümüklərin mineral sıxlığının qorunmasında mühüm rol oynayır. Bu vitamin kalsiumla birlikdə dişlərinizi qorumağa da kömək edir.

Mütəxəssislərə görə brokoli qaraciyər xərçənginin qarşısını alır və hətta müalicəsinə kömək edir. Həftədə 4 porsiya brokoli istehlak etmək qaraciyər sağlamlığınız üçün möcüzələr yarada bilər.

Lətifə Abdıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə