iPhone-da nə dəyişir? - YENİLİKLƏR OLACAQ

"Apple" ləngimədən yeniləməyə davam edir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Cupertino mərkəzli şirkət, iPhone və iPad üçün İOS 14.6 və iPadOS 14.6 yeniləmələrini yayımlayıb. Bəs bu yeniləmələrlə iPhone və iPad-də nə dəyişir? İOS 14.6-da yeniliklər nədir? IPhone-ya hansı xüsusiyyətlər əlavə olunur? Budur bütün detallar ...

Apple, son həftələrdə yayımladığı İOS 14.5, iPadOS 14.5 və tvOS 14.5 yeniləmələri ilə çox danışıldı. Texnologiya nəhəngi, tətbiq olunan izləmə şəffaflığı xüsusiyyətini söz mövzusu 14.5 versiyası ilə istifadəçilərə təqdim edərək mübahisələrə səbəb oldu. Geniş tərkibə sahib olan 14.5 buraxılışından sonra Apple qazı vurdu və indi yeni yeniləmə yayımladı.

İOS 14.6 və iPadOS 14.6 adlanan yeni versiyalar əvvəlki iOS 14.5 yeniləməsi qədər kritik yeniliklər gətirməsə də, Apple Music abunəçilərinin baxmaq istədikləri bəzi yeniliklər var.

Bildiyiniz kimi, Apple bu yaxınlarda Apple Music üçün bir sıra yeni xüsusiyyətlər elan edib. Elana görə, Apple Music abunəçiləri Dolby Atmos dəstəyinin yanında məkan səsi və itkisiz səs xüsusiyyətlərinə əlavə xərc əldə edə bilməyəcəklər. Apple bu xüsusiyyətləri server tərəfli yeniləmə ilə iyun ayında aktivləşdirməyi planlaşdırır. İOS 14.6 və iPadOS 14.6 ilə iPhone və iPad üçün zəmin yaradıb.

Bu hamısı deyil. Apple, aprel ayında elan etdiyi Apple Card Ailəsini iOS 14.6 və iPadOS 14.6 ilə rəsmi olaraq buraxdı. Bilməyənlər üçün xülasə etmək lazımdır ki, Apple Card Family, tək bir Apple Cardın birdən çox ailə üzvü tərəfindən istifadə edilməsini mümkün edir. Üstəlik, Apple Card Ailəsi ilə valideynlər övladlarının onlayn alış-veriş vərdişlərini idarə edə və xərcləmə limitlərini təyin edə biləcəklər.

Apple tərəfindən edilən açıqlamalara görə, tək bir Apple Kartına maksimum 5 nəfər əlavə edilə bilər və əlavə ediləcək bütün istifadəçilər Ailə Paylaşım Qrupunun üzvü olmalı və ən əsası 13 yaşdan yuxarı olmalıdır. Həmçinin, Apple Card-ın ortaq sahiblərinin yaşı 18-dən yuxarı olmalıdır. Bu ortaq sahiblərin Apple Card üçün ortaq xərc həddi olacaq.

Apple, Podcast tətbiqi üçün abunə xüsusiyyətini iOS 14.6 və iPadOS 14.6 ilə birlikdə təqdim edir. Beləliklə, podkasterlər abunə haqqı müqabilində dinləyicilərindən gəlir əldə edə biləcəklər. NPR, Los Angeles Times, Sony Music Entertainment, Wondery kimi böyük məzmun istehsalçıları abunəçiləri üçün premium podcast axınlarını paylaşaraq gəlirlərini artıra biləcəklər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə