İtlərə zərərli meyvə və tərəvəzlər - DİQQƏTLİ OLUN

Sağlam qidalanma deyəndə ağla meyvə və tərəvəz gəlir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, insan qidalanmasında çox vacib olan bəzi meyvə və tərəvəzlər, itlər üçün zəhər rolunu oynayır. İtlərdə zəhərlənməyə səbəb ola biləcək meyvə və tərəvəzlər bunlardır.

Meyvələrdəki şəkər miqdarı çox olduğundan itlərə meyvə vermək çox zərərlidir. Xüsusilə, bəzi meyvələrdə şəkərin yüksək olması onlarda zəhərlənməyə səbəb ola bilər. Budur itlər üçün zəhərli meyvələr:

1- Üzüm

Az miqdarda üzüm belə itlərdə böyrək zədələnməsinə səbəb ola bilər. Həm də bu həddindən artıq şəkər ehtiva edir. Yalnız təzə üzüm deyil, kişmiş də itlər üçün zərərlidir.

2- Trabzon xurması

Xurma ləpələri itlər üçün zəhərlidir. Yüksək atəşə və ishala səbəb ola bilər.

3- Avokado

Avokadonun qabığı və nüvəsi daxil olmaqla hər hansı bir hissəsi itlərdə zəhərlənməyə səbəb ola bilər. Həm də tənəffüs problemləri və ishal yaradır.

4- Meyvə toxumları

Albalı toxumlarında siyanür olduğu üçün albalı yeyən itlər ciddi zəhərlənir. Şaftalı və alma kimi meyvələrin toxumları da itlər üçün zəhərlidir.

İtlər üçün zəhərli olan tərəvəzlər

Yerkökü və şirin kartof kimi tərəvəzlər itlər üçün faydalıdır. Bəzi hallarda, bu tərəvəzlərin it yeməyinə daxil edilməsi də tövsiyə olunur. Bununla birlikdə, itlər üçün zəhərli tərəvəzlər də var.

1- Pomidor

İtlər yetişmiş pomidorları normada yeyə bilər, lakin yetişməmiş pomidor onları zəhərləyə bilər. Yetişməmiş pomidorda olan “tomatin” adlanan maddə itlərin böyrəklərinə, sinir və həzm sistemlərinə zərər verir. Pomidoru itlərin onlara yaxınlaşa bilməyəcəyi yerlərdə yetişdirməlisiniz.

2- Soğan və sarımsaq

Çox soğan və sarımsaq itin qırmızı qan hüceyrələrinin məhv olmasına səbəb ola bilər. Həm çiy, həm də bişmiş forması itlər üçün zərərlidir.

3- Kartof

Xam və yaşıl kartof forması itlər üçün zəhərlidir. Çiy və ya yaşıl kartof yeyən it bulantı, qusma və ürək pozuqluğu kimi simptomlarla qarşılaşa bilər. Bişmiş kartofun isə ziyanı yoxdur.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə