Saç tökülməməsi üçün 5 yağ - BUNLARDIR

Saç tökülməsi həm kişilər, həm də qadınlar üçün ümumi bir problemdir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, keçəlləşmə ilə qarşılaşdığınızı hiss etdikdə, saç yetişdirən məhsullara müraciət etmək normaldır. Saç tökülməsində yüzdə 100 müalicə olmasa da, profilaktik metodların tətbiq edilməsi faydalıdır.

1- LAVANDA YAĞI

Lavanda yağı saç böyüməsini sürətləndirə bilər. Siçanlar üzərində aparılan araşdırmada lavanda yağının saçları daha sürətli uzatdığı təsbit edilib.

2- NANƏ YAĞI

Nanə yağı tətbiq olunduğu ərazidə qan dövranını sürətləndirir və saç böyüməsini təmin edir. Siçanlar üzərində aparılan araşdırmada, nanə yağının tətbiq olunduğu bölgələrdə follikulların inkişaf etdiyi və saçların daha sürətli böyüməsinə imkan verdiyi görülüb.

3- ROZMARİN YAĞI

Rozmarin yağı incə saçların qalınlaşmasını təmin edir və saçların böyüməsini sürətləndirir. Bir araşdırmada, rozmarin yağının yanında saç böyüməsini təşviq edən maddə olduğu aşkarlanıb.

4- Kəklikotu yağı

Kəklikotu yağı saç dərisini stimullaşdırır, saçların böyüməsini təşviq edir və tökülməsinin qarşısını alır.

5- SEDİR AĞACI YAĞI

Sedir ağacı yağı saç böyüməsini təşviq edir və saç dərisində yağ istehsal edən bezləri tarazlaşdıraraq saç tökülməsini azaldır. Sedir ağacı yağı, alopesi areata səbəb olduğu saç tökülməsinin müalicəsində də istifadə olunur.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə