Əvvəllər bitkilərin evdə saxlanmasının zərərli olduğu deyilirdi. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, son araşdırmalarda evdəki bəzi bitkilər zərər deyil, fayda verir. Bu bitkilər xüsusilə allergiya xəstələri üçün yaxşıdır və eyni zamanda evin havasını təmizləyir. Bəs bu bitkilər hansılardır?
Yelkən çiçəyi
Tünd yaşıl yarpaqları və ağ çiçəkləri olur. Yalnız gözəlliyi ilə deyil, həm də təmizləyici xüsusiyyətləri ilə tanınır. Tədqiqatlar göstərir ki, bu bitki zəhərli və allergik hava çirkləndiricilərini əhəmiyyətli dərəcədə azalda bilər.
Kakauç bitkisi
Kauçuk bitkisi və ya plastik, bənzərsiz yarpaqları səbəbiylə adlandırılan "Ficus elastica" toksin təmizləyicisidir. Lakin, bu kimyəvi birləşmənin uşaqlarda astmanı artırdığı göstərilib.
Janet Craig bitkisi
İstər dracaena fragrans, istər janet craig, istərsə də qarğıdalı sapı bitkisi adlandırın. Allergiyanız varsa bu tip bitkiləri evinizdə saxlaya bilərsiniz. Astımı və allergik riniti artırdığı bilinən havanı toluendən təmizləyir.
Boston fern
Nəmli yerlərdə daha yaxşı böyüyən bu bitki çox az baxım tələb edir. “Boston fern” havadakı zərərli toksinləri aradan qaldırmaq üçün ən təsirli bitkilərdən biridir.
Paşanın qılıncı
İlan bitkisi və ya paşa qılıncı quru yerlərdə böyüyən bitkidir. Həm də havadakı 5 əsas toksindən 4-nü çıxara bilər.
Aloe vera
Aloe veranın kosmetik bir maddə kimi və ya müalicəvi məqsədlər üçün istifadə edildiyini bilirsiniz. Ancaq, bu otun geniş faydaları siyahısına əlavə edəcəyi bir şey var. Digər bitkilər kimi havanı benzol və formaldehiddən (zərərli hissəciklər, kimyəvi maddələr) təmizləyə bilir.
Flamingo çiçəyi
Bu növdən yalnız biri kimi tanınan flaminqo zanbağı, parlaq qırmızı çiçəyi sayəsində dərhal otağa rəng qatır. Burun-boğazda öskürək və qıcıqlanmaya səbəb ola biləcək kimyəvi ammonyağı havadan süzə bilər. Bununla birlikdə, bu bitkiyə qarşı bir çox allergiya hadisəsi bildirildiyi üçün evinizdə olmasının təhlükəsiz olduğundan əmin olun.
İngilis sarmaşığı
İngilis sarmaşağı sürətlə böyüyən və istənilən səthə qalxa bilən bitkidir. Bu ecazkar bitki, tənəffüs allergiyasına da kömək edə bilər. Çünki evinizdəki havadakı toksinləri süzür.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB