Sızanaq ən çox görülən dəri xəstəliklərindəndir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, cəmiyyətdəki hər 100 nəfərdən 85-i həyatında 2 və ya 3 dəfə sızanaq problemi yaşayır. Sızanaqlar dəridəki yağ bezlərinin iltihabı və məsamələrin bağlanması nəticəsində ortaya çıxan bakterial problemdir. Cəmiyyətdə olduqca yayılmış olan sızanaq problemi üçün bir çox həll üsulu var.
Sızanaqlardan qurtulmaq üçün edilməli olan ən vacib şey niyə ortaya çıxdığını öyrənməkdir. Daha sonra uyğun bir müalicə üsulu ilə təmiz dəriyə sahib olmaq mümkündür.
Unutmayın, sızanaq müalicəsi lazım olan bir problemdir. Zamanla keçəcəyini düşünməyin.
Sızanaqlar haqqında tez-tez eşitdiyimiz yalan məlumatlar və həqiqətlər.
1- YANLIŞ: Sızanaqlar genetic deyil
Sızanaqlar genetik xəstəlik olsa da, bəzi insanlarda genetik olmasa da ortaya çıxa bilər.
2- YANLIŞ: Sızanaqlardan onları sıxaraq qurtula bilərik
Sızanaqları sıxıb partlasanız, içindəki bakteriya və infeksiya dərinin digər hissələrinə yayılacaq.
4- YANLIŞ: Sızanaqlı dəri tez-tez yuyulmalıdır
Hər şeydə olduğu kimi, dərinin çox yuyulması zərərlidir. Dərini gündə iki dəfə kükürdlü sabunla yumaq kifayətdir. Üzünüzü çox yusanız, dəriniz pisləşəcək və onda olan qiymətli yağlar da məhv olacaq.
5- YALAN: Yalnız yeniyetməlikdə olur
Sızanaqlar bütün yaş qruplarında görülə bilən problemdir. Yeniyetmədə tez-tez rast gəlinməsi həqiqətdir. Lakin bu, sonradan olmayacağı demək deyil.
6- YANLIŞ: Stressdən yaranır
Stres sızanağa səbəb olduğu kimi, sızanaqlar da stresə səbəb ola bilər. İstifadə olunan bəzi antidepresan dərmanlar da sızanağa şərait yaradır.
7- YANLIŞ: Kosmetik problemdir
Sızanaqlar bir çox sağlamlıq probleminin işarəsi ola bilər. Buna görə, buna tamamilə kosmetik problem demək düzgün deyil.
9- YANLIŞ: Günəş sızanaqlara yaxşı təsir edir
Günəş işığı qısa müddətdə sızanaqları quruda bilər. Lakin, uzun müddət dəri soyulmasına və sızanaqların yaranmasına səbəb olur.
10- YANLIŞ: İdman məhsulları sızanaq yaratmır
Əzələ yığmaq və gücləndirmək üçün istifadə edilən zülal və hormon əlavələri sızanaqlara səbəb ola bilər.
11- YANLIŞ: Pilinq etməyin
Pilinq dərini təmizləyən bir müalicə üsuludur. Yağları azaldaraq ləkələri təmizləyir və məsamələri açır. Dəri mütəxəssisləri tərəfindən tövsiyə olunan soyulmalar sızanaq üçün yaxşı ola bilər.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB