Ürəyi dayanan pişik balası belə xilas edildi

Samsunda mühafizəçi süni nəfəs verərək ürəyi dayanan pişik balasını xilas edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, mühafizəçi gecə zibil konteynerinin yanında dayanan hərəkətsiz pişik balasını görüb. Pişiyi ovucuna alan mühafizəçi, təxminən 20 dəqiqə ərzində ürək masajı və süni nəfəs verərək həyata qaytarıb.

Qeyd edək ki, görüntülər başqa bir mühafizəçi tərəfindən cib telefonu ilə qeydə alınıb.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə