Bu qidalar damarları tutur - DİQQƏTLİ OLUN

Gündəlik həyatda istifadə etdiyimiz qidalar sağlamlığımıza zərər verə bilər. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yemək vərdişlərində etdiyimiz səhvlər damarların tıxanmasına səbəb olur. Təqdim etdiyimiz məlumatdan sonra istehlak etməyi sevdiyiniz qidaların siyahısını nəzərdən keçirməli ola bilərsiniz. Damarlar tıxandıqda, ürəyiniz bədənin digər hissələrinə qan daşıya bilməz. Bu vəziyyət ürək xəstəlikləri yaradır. Ürək-damar sağlamlığınızı qorumaq üçün pəhrizdə bəzi dəyişikliklər etməyiniz lazımdır.

Ət

Ət doymuş yağ və xolesterolla zəngin qidadır. Bu səbəbdən həftədə 2 və ya daha çox miqdarda istehlak edilən yağlı qırmızı ət damarlarınızın tıxanmasına səbəb ola bilər.

Yumurta

Sarının içində damarları bağlayan çox miqdarda lipoprotein var. Bir yumurtada 5 qram yağ, 186 milliqram xolesterol var.

Toyuq dərisi

Toyuq və hinduşka dərisi ola bilər. Hər ikisi də damarların divarlarında yağ yığılmasına kömək edir. Məsələn, toyuq qanadları ümumiyyətlə dərisi soyulmadan qızardılır. Zərərsiz görünsə də, dəridə kalori və lipoprotein miqdarı çoxdur. Yalnız bir qızardılmış toyuq qanadında 10 qram yağ və 160 kalori var.

Trans yağ

Hər gün yediyimiz qidaların əksəriyyətində trans yağlar və ya qismən hidrogenlənmiş əsas yağ turşuları var. Bu damar tutulmasının əsas səbəblərindən biridir. Bunlara tez-tez işlənmiş qidalar, marqarin, bişmiş məhsullar və dondurulmuş qidalarda rast gəlinir.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə