Bütün dünyanı bu iş sayəsində gəzdi

Madolline Gourley adlı bir avstraliyalı qadın hər kəsin xəyal etdiyi işi görür. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Madolline pişik baxıcısı olaraq 30 fərqli yeri gəzib.

31 yaşlı avstraliyalı Madolline Gourley bir podratçı olaraq işləyərkən evdə nələrin edilə biləcəyini araşdırmağa başlayıb. Tədqiqat apararkən “pişik baxıcılığı” ilə qarşılaşıb. 2017-ci ildə sayta yazılıb və pişik təmizləyicisi kimi işə başlayıb. Bir çox insan səyahət edərkən pişiyini və ya itini özü ilə apara bilmir. Beləliklə, baxıcı işə götürmək üçün çarə tapırlar. Bu iş sahəsindəki baxıcılara heç bir ödəniş edilmir. Onlara yalnız qalmaq üçün yer verilir.

Madolline Gourley-in ilk təcrübəsi, Milad üçün şəhər xaricinə gedən San Franciscoda ailə pişiyinə qulluq etmək idi. Video zənglə işə başlayan Madolline, San Frankiskoya gəldi və 10 gün ərzində ailənin pişiyinin qayğısına qaldı.

Madolline pişik baxıcılığı işinə başladığı üçün Avstraliyada Tasmaniya, Darvin, Sidney, həmçinin New-York, Boston, Seattle, Santa Fe və Cincinnati daxil olmaqla 30 ölkəni gəzdi.

Koronavirus epidemiyası başladıqda isə digər işlərə müraciət etdi. Gənc qadın təcrübələrini vlogunda bölüşür.

Evcil heyvan baxıcısı olmaq üçün hansı şərtləri bilməlisiniz?

Əlbətdə heyvanları sevməlisən. Bu sahədə iş axtararkən heyvanlar profil şəklinizə daxil edilməlidir.

Baxım tarixləri mövzusunda çevik olmalısınız.

Həmişə hazır olmalısan. Həmişə poçtlarınızı, mesajlarınızı və gələn telefonlarınızı yoxlamalısınız.

İstedadlarınızı qeyd etməyə laqeyd yanaşmayın.

Mütəşəkkil, etibarlı olmaq və ya təzyiq altında sakit qalmaq kimi xüsusiyyətlərinizi vurğulayın.

Niyə onlarla qalmaq istədiyinizi izah edin. İş axtarışınızı fərdiləşdirin.

Sual verməyə laqeyd yanaşmayın.

Kimlə qalmağa gələcəyini onlara bildirin. Yalnız sənsən, yoxsa dostun da var?

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə