Hamiləlik zamanı ağızda hansı dəyişikliklər olur? MÜTLƏQ OXUYUN

Türk diş həkimi Denizhan Uzunpınar hamiləlik zamanı ağızda meydana gələn dəyişiklikləri izah edib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, hormon səviyyəsindəki ani artım diş əti iltihabını artırır. Diş və diş ətində yığılmış lövhə kifayət qədər təmizlənə bilmirsə, diş əti iltihabı (şişlik, qanaxma, diş ətində qızartı) hamiləlik şişi asanlıqla inkişaf edə bilər. Hamiləlikdən əvvəl müalicə görməmiş qadınlarda ciddi diş əti xəstəliyi olur. Digər tərəfdən erkən doğuş və ya az çəkili körpə doğulması riski var. Bu səbəbdən hamiləlikdən əvvəl ağız boşluğunda yaxşı gigiyena qaydasına əməl etmək və ağız müalicəsi aparmaq vacibdir.

Xüsusilə, hamiləliyin erkən mərhələlərində görülən qusma, ağızda asidik mühit yarada bilər, bu da diş eroziyasına, həssaslığa və çürüklərə səbəb olur. Qusmadan sonra dərhal dişlərin fırçalanması diş səthindəki eroziyaları artıra bilər. Buna görə qusandan sonra ağız bol su ilə yaxalanmalı və yarım saatdan sonra dişlər təmizlənməlidir.

• Hamiləlik zamanı tüpürcək daha çox turşu xassəsi göstərə bilər ki, bu da dişləri çürüməyə qarşı həssas edir. Düzgün ağız baxımı ilə yeni çürüklərin meydana gəlməsinin qarşısı alına biləcəyi üçün, gələcək ananın hamiləlikdən əvvəl ağız baxımı etməsi vacibdir.

• Dişlərində həssaslıq problemi olan gələcək ana dişlərini fırçalamaqdan çəkinə bilər. Ağız boşluğunun gigiyenasının lazımi səviyyədə təmin edilmədiyi hallarda diş əti xəstəliyi və çürüklər inkişaf edə bilər.

• Dəyişən yemək vərdişləri və tez-tez kariyesli qidalar (tez-tez qəlyanaltılar və quru meyvələr kimi şirin qidaların artması) diş çürüməsi riskini artırır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə