Dırnaq yemə vərdişinin səbəbi nədir? - HƏLLİ YOLU

Uşaqlarda dırnaq yemək vacib psixoloji pozuntunun göstəricisidir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, dırnaq yemək tək bir səbəbə görə deyil. Türk psixoloq Ezgi Külekçi mövzu ilə əlaqədar açıqlama verib.

Düzgün ünsiyyət qurmağı bilməyən uşaq mənfi olsa da, ailəsi ilə dırnaqlarını yeyərək ünsiyyət qurmağa çalışır. Bundan əlavə, valideynlərin yanlış münasibətləri, yersiz intizam, tərbiyəçinin dəyişdirilməsi, ananın işə başlamasına və bağçaya başlayan uşağa təsir edərək dırnaq dişləməyə səbəb olur. Bir sözlə, uşağın həyatında vacib dəyişiklik və stres dırnaq yemə ehtimalını artırır. Dırnaq yemənin başqa bir səbəbi valideynlərin də bu hərəkəti etməsidir.

Həll nədir?

Ən vacib addım bu mövzuda uşağa təzyiq göstərməməkdir. Dırnaq yemək gərginliyin, narahatlığın və stresin səbəbi olduğu üçün onu bu barədə xəbərdar edib təzyiq göstərdiyiniz zaman uşağın gərginliyini artır və bu davranışın təkrarlanıb ağırlaşmasına səbəb olur. "Bəsdir dırnaqlarını yedin!" və ya "Əlini ağzından çıxar" kimi imperativ cümlələr qurmaq əvəzinə övladınızla bu mövzuda danışmaq və bunun həm estetik, həm də sağlamlıq cəhətdən düzgün davranış olmadığını izah etmək lazımdır. Məsələn, hər zaman əlini ağzına aparan uşağa, onu məşğul etmək üçün bir şey verə bilərsiniz. Əsl həll yolu isə uşağın dırnaq yeməsinə səbəb olan əsas səbəbi aradan qaldırmaqdır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə