Göz makiyajı edərkən gözləri infeksiyadan necə qorumalıyıq? - TÖVSİYYƏ

Göz dünyaya açılan pəncərədir. Kimyəvi makiyaj məhsulları zamanla gözlərdə problem yara bilər. Buna görə də, ehtiyatlı olmaq lazımdır. SİA xəbər verir ki, mütləq etibarlı marka istifadə edin.

Etibarlı markadan istifadə etməlisiniz, makiyaj məhsullarının, xüsusilə, göz üçün olanların bir nəfərdən istifadə olunması vacibdir. Gözdə infeksiya aşkarlandığı halda istifadə olunan makiyaj məhsulları dəyişdirilməlidir. Kirpiklərə tuş vurarkən tuşun göz içinə dəyməməsinə diqqət edin.
Göz içinə boya dəydiyi halda, göz yaşı mayesinə qarışar və gözü qoruyan, nəmləndirən göz yaşının keyfiyyəti pozular.

Yatmazdan əvvəl qalıntıları mütləq təmizləyin

Göz makiyajını gecə yatmadan əvvəl təmizləmək vacibdir. Hətta göz qapağı üçün şampunlardan istifadə edə bilərsiniz. İstənilən aptekdən göz şampunlarını tapa bilərsiniz.

Göz qapağı şampunu davamlı olaraq diş fırçası kimi səhər-axşam istifadə olunmalıdır. Müxtəlif tozlara, gözlə görülməyən hissəciklərin gözə düşməsi gözdə xroniki göz qapağı problemlərinə səbəb olur. Göz ətrafı makiyaj təmizlənmədikdə, zamanla alergik xəstəliklər, xroniki infeksiyalar meydana gəlir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə