Alça yemək üçün 11 səbəb DİQQƏTLƏ OXUYUN

Yayın yaxınlaşması ilə alça bazarlarda yerini almağa başlayıb. Hər dəfə adını eşidəndə ağzımızı suya salan alçanın faydaları saysız-hesabsızdır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, alça C vitamini və kalsiumla zəngindir. Bu səbəbdən çox xəstəlik üçün faydalıdır.

Alça istehlak etməyinizin 11 səbəbi

Alça lif, C, A, K vitamini və natrium kimi insan sağlamlığı üçün faydalı vitamin və minerallar ehtiva edir. 100 qram alça təxminən 47 kaloridir. Çox vaxt onu duzla yeyirik. Lakin, bu ziyandır.

1- Alça yüksək üzvi turşu tərkibli meyvədir. Bütün bu üzvi turşular bədənin qələvi olmasına kömək edir.

2- Limon turşusu bədəndəki süd turşusunu təsirsiz hala gətirə bilər, beləliklə yorğunluğun qarşısını alır.

3- Qatıq, ayran, pendir kimi süd məhsulları ilə istehlak olunarsa, kalsiumu artıraraq, diş və sümük sağlamlığını dəstəkləyir.

4- Yumurta, ət, balıq və hinduşka kimi protein əsaslı qidalarla istehlak edildikdə, bu qidaların turşu təsirini azaldır və zərərsizləşdirməyə dəstək olur. Arıqlamağa müsbət təsir edir.

5- Uyğun kalsium və fosfor nisbətinə malikdir. Üstəlik tərkibində kalsiumun əmilməsini artıran maddələr olduğu üçün uşaqların və yaşlıların qidalanmasına daxil edilməli nümunəvi qidadır.

6- Həll olan liflə zəngin qidadır. Bu şəkildə həm həzmi asanlaşdırır, həm də qəbizlik probleminin qarşısını almağa və həll etməyə kömək edir.

7- Yaxşı alça diş ətlərini gücləndirir.

8- Xüsusilə qırmızı ət və yumurta istehlak edildikdən sonra meyvə olaraq alça seçilərək dəmir bioavailability artırıla bilər.

9- Tərkibindəki yüksək C vitamini sayəsində immunitet sistemini gücləndirir.

10- Yaşlanmaya qarşı təsir göstərir, yaşlanmanın qarşısını alır və dərini yeniləyir. Tərkibindəki vitaminlər birləşdirici toxumanın bərpasını sürətləndirir. Bu şəkildə arıqlama prosesini dəstəkləyir və daha möhkəm bədən üçün kömək edir.

11- Qan şəkərinin tənzimlənməsinə kömək edir. Banan, kivi, əncir kimi qan şəkərini sürətlə artırmır. Bu şəkildə çəki itkisini dəstəkləyir. Qəlyanaltılar üçün ideal meyvədir.

Hansı xəstəliklərə faydalıdır?

Menstruasiya pozğunluqlarını aradan qaldırır.

Antipiretik xüsusiyyətlərə malikdir.

Qaraciyər xəstəliklərinə faydalıdır.

Xolesterolu tarazlaşdırır.

Qəbizliyi aradan qaldırır.

Dəmir çatışmazlığının qarşısını almaq üçün müalicə prosesində istifadə olunur.

Astma, ağciyər xərçəngi, soyuqdəymə, öskürək və xroniki ağciyər xəstəliklərindən qoruyur.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə