Bu qidaları soyuducuda saxlamayın SƏBƏB?

Bəzi qidalar var ki, onları soyuducuda saxladıqda tərkibindəki vitaminlərini itirir. İnsan orqanizminə zərər yetirərək orqanizmi sıradan çıxarır. Bununla bərabər həmin qidaları istehlak etdikdə sağlamlığa ciddi zərər yetirə bilir və bir çox xəstəliklərin yaranmasına səbəb olur. Soyuducuda saxlanması qadağan olunmuş qidalar bunlardır:

1. Bal, cem və şokolad kimi şirin qidalar soyuducuda üzvi xüsusiyyətlərini itirir. Cem və balın axıcılığı və dadı pisləşir.

2. Yüksək əmici qida olan kartof, qaldığı mühitin qoxusu ilə dadı dəyişdirir. Bir gündən çox soyuducuda qalan kartof xarab olur, amma eyni qaldığının fərqinə varmırıq. Ancaq bişmiş kartof bağırsaq xəstəliklərinə səbəb ola bilər. Antibakterial təsir göstərən sarımsaq yalnız 2 gün soyuducuda qaldıqda bakteriya istehsal edir.

3. İllərdir yalnış təsəvvürlərdən biri budur ki, pomidor xarab olmaması üçün soyuducuya qoyulmalıdır. Əslində, pomidor soyuducuya qoyulduqda, soyuq hava səbəbindən üzvi quruluşları pozulur. Qırışmış qabığı olan pomidor bakteriya əmələ gətirməyə başlayır və istehlak edilən bu pomidor həzm xəstəliklərinə səbəb olur.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə