Pişiklər niyə yemək seçirlər? MARAQLI FAKTLAR

Pişiklərin hərəkətlərini və vərdişlərini anlamaq həqiqətən çətindir. Pişik sahibisinizsə, onun hər yeməyi yemədiyini bilirsiniz. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, pişiklər təbii yaşayış yerlərində ətyeyən canlılardır.

Ancaq ətdən bəhs etsəniz də, pişiklərə yemək yedizdirəndə bəzən imtina edirlər.

Bəs niyə bunu edirlər?

Pişiklərin dad alma qavrayışının insanlardakından fərqli olduğu hələ məlum olmasa da, pişiklərin niyə yeməyi seçdiyinə dair araşdırma var. Bəzi qidalarda, məsələn xarab olmuş ətlərdə olan acı dadlar zərərli ola bilər. Pişiklər üzərində araşdırma aparan qrup, insanların dad hisslərini ağrılara cavab verən pişiklər ilə müqayisə edib. Tədqiqat nəticəsində pişiklərin də acı dada reaksiya verdiyi məlum olub. Pişiklər tərəfindən qəbul edilən dad aralığı insanlara nisbətən daha geniş ola bilər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə