Nə qədər yesəniz də kökəlmədən tox saxlayan bəzi “sehrli” qidalar var. Bəs kökəltməyən qidalar hansılardır?
1. Kartof
Kartofda karbohidrat çox olsa da pəhriz üçün yaxşı qidadır. Əlbəttə ki, qızardılmış kartofa deyil, qaynadılmış kartofa üstünlük vermək lazımdır. Tərkibindəki davamlı nişasta ilə tox olmağınıza kömək edir. Bu daha az kalori istehlak etdiyiniz deməkdir.
2. Yumurta
Tərkibi zülal zəngin olan yumurta 36 saata qədər tox saxlaya bilər. Qidalandırıcı maddələrin əksəriyyəti yumurta sarısında olur. Doqquz əsas animoasidin hamısı yumurta içərisindədir.
Səhər yeməyində yumurta istehlak etmək gün boyu sizə tox saxlayır. Bədən kütlə indeksinizi azaldaraq arıqlamağınıza kömək edəcəkdir.
3. Ət şorbası
Şorbalar sizi doydura biləcək qidalardan biridir. Yeməyin əvvəlində şorba içmək daha az yeməyə imkan verir. Beləliklə, kalori istehlakınız azalacaq və arıqlaya biləcəksiniz.
Mütəmadi olaraq şorba içməyin kalori qəbulunu azaldır, zəiflədir və sizi doyurduğu araşdırmalarla sübut edilmişdir.
Qeyd edək ki, bulyon kimi əsaslı şorbalar daha qidalıdır və uzun müddət toxluq saxlayır.
4. Alma
Almalarda kaloril azdır və lif çoxdur. Almalarda həzmi təbii olaraq yavaşladan bir lif olan pektin olduğundan, toxluq hiss etməyə kömək edir.
5. Sitrus meyvələri
Portağal və qreyfrut kimi sitrus meyvələri toxluq hiss etməyə, daha az kalori istehlak etməyə və zamanla arıqlamağa kömək edir. Sitrus meyvələri pektinlə zəngindir, bu da həzmi ləngidə və toxluğu artıra bilir.
6. Balıq
Omeqa-3 yağ turşuları ilə zəngin olan balıqlar, kilolu və ya obez insanlarda toxluğu artırır. Balıqlarda olan zülal və omeqa-3 yağ turşuları toyuq və mal əti kimi digər protein növlərindən daha razıdır.
7. Yağsız ət
Yağsız ətlər zülalla zəngindir. Xüsusilə, mal əti toxluq indeksindəki zülal baxımından zəngin qidalar arasındadır. Yüksək proteinli yağsız ət yemək, sonrakı yeməklərdə daha az kalori istehlak etməyinizə kömək edə bilər.
8. Süd məhsulları
Daha çox protein və daha az kalorili süd pendir, sizi yumurta qədər doyuran bir qidadır. B qrupu vitaminləri, kalsium, fosfor və selenyum da var. Bu xüsusiyyətlər kəsmiki çəki itkisinə uyğun bir yemək halına gətirir.
Arzu Elsevərqızı
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB