Türkiyə əhalisinin bədən kütlə indeksi artıb - pandemiya səbəbindən

COVID-19 pandemiyası dövrü ərzində Türkiyə əhalisinin bədən kütlə indeksi artıb.

SİA xəbər verir ki, bununla bağlı qardaş ölkədə aparılan araşdırmanın nəticəsindən bəlli olub.

Tədqiqatlar onu göstərib ki, pandemiya başladığı gündən indiyədək Türkiyə əhalisi arasında hər üç nəfərdən biri artıq çəki ilə üzləşib. Hazırda qardaş ölkədə pandemiyadan irəli gələn səbəblərdən təxminən 20 milyon nəfərin bu problemlə üzləşdiyi müəyyən edilib. Bu şəxslər arasında COVID-19-a yoluxanların xəstəliyi digərlərinə görə daha ağır keçirdiyi də müəyyən olunub.

Mütəxəssislər bunu pandemiyadan irəli gələn psixoloji problemlərlə əlaqələndirirlər. Onların fikrincə bədən kütlə indeksi 30-dan yuxarı olan hər bir kəs təxminən 236 xəstəlik riskinə məruz qalır. Araşdırmalar onu da göstərib ki, Türkiyədə COVID-19-a yoluxanlar arasında reanimasiya şöbələrində yatanların təxminən 73 faizinin çəkisi normaldan daha ağır olan şəxslərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə