Ən populyar qulluq məhsulu GİL MASKASI

Dəriyə qulluqda ən çox seçilən və bəlkə də ən populyar maska şübhəsiz gil maskalardır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, gözəllik sahəsində illərdir istifadə olunan gil dəridəki artıq yağları təmizləyir, dərini dartır və qidalandırır. Gil hər yerdə asanlıqla mövcud olduğundan, evdə gil maskası etmək çox asandır.

Dəri üçün faydaları

Dərini qidalandırır və dartır. Gil dəriyə təkbaşına və ya fərqli materialları qarışdırmaqla çəkilə bilər. Bu vəziyyətdə ölü dərilərin təmizlənməsini təmin edir. Məsamələri açır. Dərinin həddindən artıq parlaqlığının qarşısını alır. Sızanaqların təmizlənməsini təmin edir.

Evdə necə gil maskası etmək olar?

Evdə gil maskası etmək istəyirsinizsə, əvvəl hansı məqsədlə edəcəyinizə qərar verməlisiniz. Sızanaqları, qara nöqtələri və artıq yağları dəridən təmizləmək üçün fərqli reseptlərimiz var.

Sızanaqlar üçün:

Lazımi materiallar aşağıdakı kimidir:

3 çay qaşığı gil

5 xörək qaşığı mineral su

3 xörək qaşığı gül suyu

Dörddə bir limonun suyu

Necə edilir?

Bütün maddələri bir qabda qarışdırın və bir fırça və ya əl ilə dərinizə çəkin. Maska quruyanda üzünüzü su ilə yuyun. Sonra pambığa bir az mineral su çəkin və üzünüzü tonikləyin.

Yağlı dərilər üçün gil maskası:

Lazımi materiallar aşağıdakı kimidir:

1,5 xörək qaşığı qırmızı gil

1 xörək qaşığı limon suyu

1 çay qaşığı alma suyu və ya alma sirkəsi

Bir neçə damcı nəmləndirici krem

Necə edilir?

Bütün maddələri bir qaba qoyun və bir az su əlavə edin. Pasta halına gələnə qədər qarışdırın. Üzünüzə çəkin və 20 dəqiqə gözləyin. Vaxt bitdikdən sonra üzünüzü yuyun.

Qara ləkələr üçün gil maskası:

Lazımi materiallar aşağıdakı kimidir:

1 çay qaşığı yaşıl gil

1 xörək qaşığı çobanyastığı suyu

Necə edilir?

Gil və çobanyastığı suyunu yapışana qədər qarışdırın. Üzünüzə çəkin və qurumağa qoyun. Sonra su ilə yuyun.

Ayşən Vəli

Müəllif: Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə