Niyə hər zaman yeni bir şey almaq istəyirik?

Ehtiyacı olmasa da sıxıntıdan alış-veriş edənlər var. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu vəziyyətin səbəblərini öyrənə və qarşısını ala bilərsiniz.

İnsanların lazım olduğundan çox pul xərcləməsinin 2 əsas səbəbi var. Birincisi, pul xərcləyəndə xoşbəxt olmalarıdır. İkincisi, dərdlərini pul xərcləyərək unutmalarıdır. Yeni paltar və ya yeni smartfon kimi daha bahalı bir şey alaraq özümüzü sevindirərək, qarşılaşacağımız problemlərdən qaçmağa çalışırıq. Bəzən bu şeylərə ehtiyacımız olmadığını bilirik, amma yenə də almaq həvəsinə qarşı dura bilmirik.

Başqa insanları təəccübləndirməyə çalışmaq

Özümüzü ətrafdakı insanlarla müqayisə edirik. Bu, özümüz ehtiyac duyduğumuz üçün deyil, dostlarımızın sahib olduğu üçün gedib bəzi şeyləri almağımıza səbəb olur. Şəxsi səltənətimizi digərlərindən daha çox şeyə sahib olmaqla böyütməyə çalışırıq.

Bunun əvəzinə nə edə bilərsən? Xoşbəxtlik həqiqətən kiçik şeylərdədir. Böyük şey almaq böyük xoşbəxtlik gətirmir. Aldığınız an qısa müddət xoşbəxt hiss edə bilərsiniz, amma bu hiss tezliklə yox olacaq. Bunun əvəzinə, məsələn, ərzaq almaq, ailə və dostlarınızla söhbət etmək daha məntiqlidir.

Marketinq qurbanı

Məhsul almaq üçün istifadə olunan bir çox taktika var. Marketoloqlar "soyuqqanlı müştərilər" adlı bir qrup müştərini belə razı salmağı bacarırlar. Ən ümumi taktika istehlakçının məhsulu sınamasına imkan verməkdir. Yeni bir məhsula fiziki sahib olma anı, bu məhsulu almaq insanların ehtimalını artıran psixoloji bir sahiblik hissi yaradır.

Bunun əvəzinə nə edə bilərsiniz?

Alış-verişə başlamazdan əvvəl nəyə ehtiyacınız olduğunu düşünün. İnsanlar mağazada alış-veriş edərkən onlayn alış-verişlə müqayisədə daha çox instinktiv alış-veriş etməyə meyllidirlər. Bu vəziyyətin qarşısını almaq üçün evdən çıxmadan əvvəl alış-veriş siyahısı hazırlamaq faydalıdır.

Özünüzü istehlak edə biləcəyinizdən çox şey almaq istəyi ilə mübarizə aparmağa təşviq edin. Bir şey almadan əvvəl özünüzə soruşun: "Bunu niyə alıram?"

Darıxmaq

Yeni bir şey almaq üçün ən ümumi səbəb darıxmaqdır. Başqa işimiz və məqsədimiz olmadıqda, bu günə rəng qatmaq üçün yeni bir şey alaraq, bunun bizi xoşbəxt edəcəyinə inanırıq.

Bunun əvəzinə nə edə bilərsən? Məqsədli yaşamaq vaxtını, pulunu sənin və ətrafındakıların gələcəyini daha yaxşı edəcək şəkildə xərcləməkdir. Buna görə qısamüddətli həyəcan yaradan yeni alış-veriş etmək əvəzinə işə girin və ya dünyanı kəşf edin.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə