Hərəkət məhdudlaşdırması və karantin səbəbindən insanlarda artıq çəki problemi yaşanır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunun qarşısını almaq üçün etməyiniz lazım olan şeylər əslində çox sadədir.
Həm bədənin sağlam olmasına, həm də rahat yuxuya getməyə kömək edən bu 6 hərəkəti hər gün izləyin:
1- Bütün bədəninizi üzü aşağı qaldırmaq lazım deyil. Ovucların dəstəyi ilə üst bədəninizi zəminə paralel olaraq dizlərinizdə itələmələr edə bilərsiniz.
2- Əllər bud səviyyəsində tutulur. Bir ayağınızla irəli addım atın, digəri isə 90 dərəcə geri bükün. Sonra ayaqlar dəyişdirilir.
3- Arxasıüstə uzanın. Ayaqlarınızı özünüzə doğru bükün. Dizləriniz tavana baxmalıdır. Ayağınızı qaldırmadan əllərinizlə başınızın altından qalxıb uzanmağa çalışın. Lazım gələrsə, ayaqlarınızı tutmaq üçün birindən kömək ala bilərsiniz.
4- Üzü aşağı uzanın. Dirsəklərinizdən və barmaqlarınızın ucundan dəstək alın. Bacardığınız qədər bədəniniz yerə paralel olaraq bu vəziyyətdə qalın.
5- Kreslo kimi sərt mebellə əllərinizi arxanıza və budlarınızı yerə paralel qoyun. Belinizi dik saxlayaraq, əyilib qalxın..
6- Ayaqlarınızı çiyinlərinizlə bərabər şəkildə açın. Qollarınızı sinənizin üstündən çarpazlayın. Belinizi əymədən aşağı əyilib ayağa durun. Sanki mədənizi içərinizə çəkərək yerdən bir şey götürəcəksiniz.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB