İtən əşyaları tapan ƏN ASAN ÜSUL

"Apple"ın yeni məhsulu olan "AirTag", itirdiyiniz əşyanı asanlıqla tapmaq imkanı verir. "Apple" tərəfindən itən əşyaları tapmaq üçün inkişaf etdirilən izləmə cihazı olan "AirTag", Türkiyədə satışa çıxarılıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, çantalar, açarlar və pulqabı kimi əşyalara əlavə edilə bilən "AirTag" ilə həm bu əşyalar, həm də "Apple" cihazları "Tap" tətbiqi ilə izlənilə bilər.

Xüsusiyyətləri:

"Apple"ın səs köməkçisi "Siri"ni də dəstəkləyən" AirTag" aşağıdakı şəkildə işləyir:

"AirTag", "Tap" şəbəkəsindəki yaxınlıqdakı cihazlar tərəfindən aşkar edilə bilən "Bluetooth" siqnalı buraxır. Bu cihazlar "AirTag"ın yerini "iCloud"a göndərir və istifadəçi "Tap" tətbiqini açaraq xəritədəki "AirTag"ın yerini görə bilir.

Səsli xəbərdarlıq edir

"AirTag" ayrıca "Tap" tətbiqindəki yeni "Nesnələr" seçməsinə gedərək, daxili hoparlördən bir səs çalmaqla və ya "Hey Siri, cüzdanımı tap" deyərək aktiv şəkildə istifadə edilə bilər. "AirTag" məhsulu olan əşyalar səsli xəbərdarlıqlara və xəritədəki göstərişlərə əməl etməklə tapıla bilər.

"Bluetooth" ilə tam yeri bilmək

"Apple", "iPhone", "iPad" və "Mac"dan ibarət olan tap şəbəkəsi, "AirTag" tapmağa kömək edir. "AirTag" yaxınlıqdadırsa, istifadəçi birbaşa "iPhone"ların "Dəqiq Yer Tapma" xüsusiyyəti ilə ona yönəldilir.

"Bluetooth" vasitəsilə işləyən "Dəqiq Yer", "iPhone" 11 və daha yuxarı modellərlə (iPhone 11, iPhone 11 Pro, iPhone 11 Pro Max, iPhone 12, iPhone 12 mini, iPhone 12 Pro və iPhone 12 Pro Max) uyğun gəlir.

İtki rejimi ilə avtomatik bildiriş

"AirTag" "Lost Mode"a keçərsə, istifadəçi "Tap" şəbəkəsindəki bir cihaz tərəfindən aşkar edildikdə avtomatik olaraq bildiriş alır. Bundan əlavə, "AirTag"a NFC xüsusiyyətli bir smartfonla toxunduqda əlaqə məlumatları göstərilir.

Batareya bir ilə qədər kifayət olur

İstifadəçilər yalnız "AirTag"ın harada yerləşdiyini görə bilərlər. Yer məlumatları və tarixçəsi "AirTag"da saxlanılır. "AirTag"ın yerini ötürən cihazlar da adsız qalır və yer məlumatları şifrələnir. Standart bir batareya ilə bir il işləyən "AirTag", batareyanın dəyişdirilməsi lazım olduqda "iPhone"a da xəbər verir.

11 qram ağırlığında olan "AirTag", 30 dəqiqəyə qədər maksimum 1 metr dərinlikdə suya davamlı olması üçün hazırlanıb. Daxili mikrafon və akselerometrlə təchiz olunaraq, tək və 4-lü paket olaraq satılır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə