Bir çox insan süfrə qaydaları ilə yemək qaydalarının eyni olduğunu düşünür, amma əslində fərqlidir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ailə yeməklərində və restoranda yerinə yetirilməli olan masa qaydaları var.

Yemək masası qaydaları:

Bıçağın iti tərəfi boşqaba baxarkən sağ əl, çəngəl üçün isə sol əldən istifadə olunur.

Masaya gələn ləzzətləri öz çəngəliniz və qaşığınızla götürün. Yeməklərin ümumi qaşığı yoxdursa, öz qaşıq və çəngəlinizdən istifadə edin.

Uzun kartof qızartması və siqara börəyi kimi qəlyanaltılar əllə yeyilməlidir.

Masa arxasında dik oturmalı və dirsəklər masaya qoyulmamalıdır. Yayılıb oturub masaya dirsəklər qoymaq masadakı digər insanlara hörmətsizlikdir.

Boşqaba çox yemək yüklənməməlidir. Müəyyən bir miqdarda qoyulur və doymursunuzsa, yenidən az miqdarda əlavə edin.

Öskürəyiniz olduqda bu masanın üstündə edilməməlidir. Salfetin köməyi ilə ağız və burun bağlanır, masada oturanlardan icazə istənilir və süfrədən qalxılır.

İnsan dodaq boyası ilə masaya oturmamalıdır. Pomadanın stəkanda və ya çəngəldə qalması süfrədəkilərin ürəyini bulandıra bilər.

Yemək yeyərkən səs çıxarmaq və yüksək səslə içmək ayıbdır.

Limonu şorba və ya salata sıxarkən, sağ əlinizlə sıxın və sol əlinizlə limonun üzərini örtün. Bu şəkildə limon suyu heç kimin üzərinə tökülməyəcəkdir.

Süfrədə yemək bitdikdə hamı birlikdə ayağa qalxmalıdır.

Ağızda yeməklə danışmaq yanlışdır.

Tütün məhsullarını masanın üstündə çəkmək uyğun deyil. Əgər öyrəşmisinizsə, masadan icazə istəməli və sonra istifadə etməlisiniz.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə