Mətbəxdə vaxt keçirməkdən xoşunuz gəlirsə və yeməklərinizin fərqli görünməsini istəyirsinizsə, müxtəlif yollarla doğranmış tərəvəzlərdən faydalana bilərsiniz. Bəs tərəvəz kəsmə növləri hansılardır? SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mətbəxdə fərqli toxunuşlar etmək istəyirsinizsə, tərəvəz kəsmə üsullarını bilmək sizin üçün əla olacaq.
Julienne doğrama forması
Hamısı bərabər qalınlıqda və eyni uzunluqda, 3-4 sm uzunluğunda bıçaq kənarının qalınlığını kəsmə formasıdır.
Brunoise doğrama şəkli
Tərəvəz əvvəlcə julienə doğranır və sonra brunoise çevrilir. Çox kiçik doğrama şəklidir.
Jardiniére doğrama yolu
Brunoise kəsmə üsulundan bir az daha böyükdür.
Macedoine doğrama forması
Jardiniére üsulundan bir az daha böyükdür.
Mire Poix doğrama şəkli
3-4-ü bir xörək qaşığı içərisinə sığacaq qədər böyük olan səliqəli doğranma formasıdır.
Paysanne doğrama forması
Kvadrat santimetr səthi və bıçaq kənarının qalınlığı ilə doğranma formasıdır.
Matignon doğrama şəkli
Paysanne doğranmasına təsadüfi tətbiq olunarsa matignon doğranması deyilir.
Bâtonnets-Stiks doğrama tərzi
Yarım və ya bir santimetrlik hissədə 4-6 sm kvadrat prizma şəklində doğramadır.
Vichy doğrama şəkli
"Paysanne"dən daha geniş, diametri 1-2 sm olan dəyirmi və bıçaq kənarında qalın doğramadır.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə