Evdə sızanaqları qurudan maska ƏN ASAN ÜSUL

Sızanaqlar ən çox görülən dəri problemlərindəndir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sızanaq problemi ilə yalnız yetkinlik yaşında deyil, həyatın müəyyən dövrlərində qarşılaşmaq mümkündür. Tibbi metodlarla yanaşı, sızanaqları evdə hazırlaya biləcəyimiz təbii maskalarla da müalicə etmək olur.

Sızanaqlar nədən yaranır?

Sızanaqların həyatımızın hər dövründə görünə biləcəyi bir neçə səbəb var.

Homon balanssızlığı

Həddindən artıq yağ istehsal edən dəri tıxanmış məsamələr

Siqaret və alkoqol

Sızanaqlarınızdan qurtula bilmirsinizsə, əvvəlcə dermatoloqa müraciət etmək faydalıdır. Bəzən baş verən sızanaqlar ilə mübarizə aparmaq və sızanaq əmələ gəlməsinin qarşısını almaq üçün evdə hazırlanan təbii maskalardan istifadə edə bilərsiniz.

Bal maskası

Lazımi materiallar aşağıdakı kimidir:

1,5 çay qaşığı sarıkök

1 xörək qaşığı limon suyu

1,5 xörək qaşığı bal

Hazırlanması: Bütün maddələri bir qabda qarışdırın. Dərinizi təmizləyin. Hazırladığınız maskanı sızanaq sahəsinə çəkin və 20 dəqiqə gözləyin. Maska quruyanda üzünüzü soyuq su ilə yuyun. Bu maskanı həftədə iki dəfə tətbiq edə bilərsiniz.

Soda və limon maskası

Lazımi materiallar aşağıdakı kimidir:

1 xörək qaşığı soda

1 xörək qaşığı limon suyu

Hazırlanması: Çörək soda və limon suyunu bir qabda yaxşıca qarışdırın. Taxta qaşıqdan istifadə etməyə diqqət yetirin. Üzünüzü təmizləyin və qurudun. Qarışığı barmaqlarınızla bütün üzünüzə çəkin və 15 dəqiqə gözləyin. Sonra soyuq su ilə yuyun. Həftədə 2-3 dəfə təkrar edə bilərsiniz.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə