Diş fırçası alarkən diqqət etməli olduğunuz VACİB MƏQAMLAR

Diş fırçası alarkən diş əti həssaslığı və xüsusilə, uşaqların yaş qrupu nəzərə alınmalıdır. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ağız və diş sağlamlığında əsas məqam hər şeydən əvvəl evdə doğru üsullarla və vaxtında ağızı müayinə etməkdir. Bunun üçün diş həkiminə getməlisiniz.

Gün ərzində yediyimiz qidaların dişlərdə, dişlərarası bölgələrdə və diş ətlərindəki boşluqlarda uzun müddət qalaraq bakteriyaların çoxalması üçün uyğun mühit yaradır. Diş fırçası, diş ipi, ağız yuyucusu gündəlik ağız gigiyenasını qorumaq üçün vacib və asanlıqla əldə edilə bilən vasitələrdir.

Çox yumşaq tüklü fırçalar qalıqları təmizləmək üçün təsirli olmaya bilər. Çox sərt tüklü fırçalar isə dişlərimizi və diş ətimizi qıcıqlandırır. Buradakı məqsəd həm təsirli bir təmizləmə, həm də toxumalara zərər verməməkdir.

Diş fırçalamada önəmli nüanslar

Yumşaq diş fırçalarına həssaslıq, diş əti tənəzzülü, cərrahi əməliyyatlar və ya ağız yaraları kimi xüsusi hallarda üstünlük verilir. Dişlər hər zaman dairəvi hərəkətlərlə fırçalanmalıdır. Yemək qalıqlarını yapışdıqları yerlərdən çıxararkən diş ətinə basmadan fırçalamağa diqqət edin. Həmçinin diş çubuqlarının diqqətsiz istifadəsi, praktik cihazların düzgün istifadə edilməməsi zərərli ola bilər. Xüsusilə gecə yatmazdan əvvəl dişlərimizi diqqətlə təmizləmək üçün vaxt ayırmaq vacibdir. Günün yorğun saatında bunu etmək çətin olsa da, unutmayın ki, ağzımız qapalı, havasız və bütün gecə dövriyyəsi olmayan mühit bakteriyaların çoxalması üçün çox əlverişli yerdir. Fırçalama, diş ipindən istifadə və gecə yatmazdan əvvəl qarqara etmək ağız sağlamlığını qorumaq üçün ən vacib addımdır. Səhər yeməyindən sonra dişlərimizi fırçalayaraq dişlərimizin ömrünü uzada bilərik.

Yaş qrupuna uyğun diş fırçasının seçilməsi

Uşaqlarda dişlərin sayı artdıqca yumşaq diş fırçalarına keçmək və zamanla fırçalamaq vərdişini qazanmaq çox vacib olur. 4-5 yaşına qədər valideynlər tərəfindən dişlərinin fırçalanması idealdır. 5-9 yaş arası valideynlərin nəzarəti olmalıdır. Uşaqlar üçün istehsal olunan diş məcunu 3 yaşına qədər bir düyü dənəsi və ya sadəcə incə bir çubuq kimi, 3 yaşdan sonra noxud kimi istifadə edilə bilər. Yetkinlərdə olduğu kimi uşaqlara da diş ipi lazımdır. Uşaqlar yeməkdən və qəlyanaltı vaxtından sonra su içdikdə çürük əmələ gəlməsinin qarşısını alır.

Qatı, qocalıq, zehni qüsur, fiziki qüsur, revmatik xəstəliklər kimi məhdudlaşdırıcı şərtləri olan şəxslərin elektrikli diş fırçaları istifadə etmələri tövsiyə olunur. Bu şəxslərdə həkim nəzarəti mümkün qədər olmalıdır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə