Həbsxanadan 68 il sonra sərbəst buraxıldı

ABŞ-da həbsxanada ömürlük həbs cəzası alan Joe Ligon, təxminən 68 il sonra sərbəst buraxılıb.

SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Ligon həbs olunanda 15 yaşında idi.

Ligon sərbəst buraxıldıqdan sonra hisslərini belə ifadə edib: “Bütün bu müddət ərzində tək bir həbsxanada qaldım. 1953-cü ildə insanlardan içki almaq üçün pul istəməyə başladıq. O gecə 2 nəfər öldü və 6 nəfər də yaralandı. Mən heçkimi öldürmədim. Ömürlük həbs cəzası aldım və şərti azadlıq yox idi. Həbs oldunduqdan sonra qurban olduğumu başa düşdüm. Azyaşlılar üçün konstitusiyaya zidd qaydalar olduğunu öyrəndim. Həbsxanadan çıxdığım gün sanki, yenidən doğuldum”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə