Paltar alarkən hansı parçanı seçməliyik? MÜTLƏQ OXUYUN

Paltar alarkən ən vacib məqamlardan biri də onun parçasıdır. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, paltarın gözəl görünməsini təmin edən, rahat və xoşbəxt olacağınız paltar üçün yaxşı parçaya diqqət yetirməlisiniz. Bəs parça növləri hansılardır? Hansı parça növlərini seçməliyik?

Təbii parçalar

Təbii materiallardan toxunmuş parçalardır. Pambıq, ipək, kətan və yun parçalar bu kateqoriyaya daxildir.

Pambıq

İstifadə olunan və ən çox yayılmış parça növüdür. Pambıq baramadan hazırlanmış vegan məhsuludur. Bitki mənşəli təbii lifdir. Xüsusilə, yay məhsullarının hazırlanmasında istifadə olunur. Çünki, tərin havaya buxarlanmasına imkan verir. Alt paltarı və köynək kimi pambıqdan əşyalar almanızı məsləhət görürük. İsti suda yuyula bilər. Sərin saxlayır və sürtünməyə davamlıdır.

İpək

Tikintisi son dərəcə zəhmətlidir və baha başa gəlir. İpək qurdlarının baramalarından əldə edilir. Xüsusilə, tərlətmədiyi üçün üstünlük verilir. Zərif bir parçadır. Su ləkələri ilə belə ləkələnə bilər. Buna görə, ehtiyatla istifadə etmək tövsiyə olunur. Həssas olduğundan soyuq su ilə əllə yuyulmalıdır.

Kətan

Bitkinin liflərindən toxunaraq əldə edilən parça formasıdır. Toxumaq çətin olduğu üçün, ümumiyyətlə daha az üstünlük verilir. Qırışmaq üçün uyğun olan bu parça yüksək temperaturda ütülənə bilər. Yay mövsümü üçün idealdır, çünki sərinlədir. Köynəklər və yay geyimləri üçün əlverişlidir.

Yun

Qoyunlardan alınan heyvan məhsuludur. İncəliyi və quruluşu, alındığı qoyunun yununa görə dəyişir. Yüksək nəm udma qabiliyyətinə malikdir. Bədən istiliyini içəridə saxladığı üçün qış fəsli üçün çox uyğundur. Çox yüksək temperaturda yuyulmaq büzülməyə və keçəyə səbəb ola bilər. Xüsusilə, qış köynək və paltolarda, hətta alt paltarında da üstünlük verilə bilər.

Sintetik

Sintetik parçalar bir çox maddənin birləşməsi nəticəsində əmələ gələn liflərdən əldə edilir. Akril, polyester, neylon, likra kimi məhsullar bu kateqoriyaya aiddir.

Akrilik

Polyesterdən istehsal olunur. Baxımı son dərəcə asandır və paltaryuyan maşında yuyula bilər. Günəş işığına və kimyəvi maddələrə davamlı deyil. Trikotajda tez-tez istifadə olunur. Rahat və yüngül olduğu üçün yaxşı bir parçadır.

Süni parçalar

Bunlar süni yolla əldə edilən parçalardır. Viskon, rayon və asetat bu kateqoriyaya aiddir. Ümumiyyətlə, təbii parçaların xüsusiyyətlərinə bənzər quruluşları daşıyırlar.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə