Ayda 10 kq arıqladan qəhvə Resepti

Kilo itkisinə gəldikdə, maraqlı reseptlər sınaqdan keçiririk. Yayın yaxınlaşması ilə birlikdə tez arıqlamağın yollarını axtarırdıq. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, sürətli arıqlamağınıza səbəb olan bu qəhvə yağ yandırır, bir ayda 10 kiloya qədər arıqlamağınızı təmin edir və qarnınızı tez əridir.

Kilo itkisi marafonunda nə qədər ciddi pəhriz və məşqlərə diqqət ayırsanız da, ətraf mühit faktorlarına görə həddindən artıq yemək vərdişinizi ortadan qaldırmaqda çətinlik çəkə bilərsiniz. Kilo itkisi mərhələsindəki ən vacib məqam iştahı idarə etməkdir. İştahınızı nəzarət altına aldığınız zaman həm pəhrizdən, həm də idmandan effektivlik əldə edə və arıqlaya bilərsiniz. Əlbəttə, zaman-zaman qaçmağın ziyanı yoxdur, amma bu qaçışların sayı getdikcə artırsa, iştahkəsən resept tətbiq etmək faydalı olardı. İndi danışacağımız qəhvə resepti sayəsində iştahanızı idarə edə, yağ yandıra və sürətlə arıqlaya bilərsiniz. Bu qəhvə o qədər təsirli olur ki, pəhriz və idmanla birləşdirildikdə 1 ayda 10 kilo arıqlamaq mümkündür.

1 çay qaşığı türk qəhvəsi

1 çay qaşığı üyüdülmüş darçın

1 stəkan su

Necə hazırlanır?

Əvvəlcə kofe qabını ocağa qoyun və suyu əlavə edin. Üstünə türk qəhvəsi və darçın əlavə edərək bişirməyə başlayın. Qəhvəniz bişəndə ​​sobadan götürün, stəkana qoyun və için.

Nə vaxt içilir?

Yağ yandıran qəhvənizi səhər, nahar və şam yeməyindən 25 dəqiqə əvvəl için. İzlədiyiniz pəhriz varsa, diyetoloqunuzla məsləhətləşərək qəlyanaltı kimi də istehlak edə bilərsiniz. Kiçik qəhvə fincanında içirsinizsə, gündə 3 dəfə, böyük fincanda içirsinizsə, bir dəfə qəbul etməyiniz kifayətdir.

Bunlara diqqət!

Ürək, diabet və ya qan təzyiqi xəstəliyi kimi xroniki bir xəstəliyiniz varsa, yağ yandıran qəhvə istehlak etmədən əvvəl həkiminizlə məsləhətləşin. Hamilə qadınlar da həkimlərinə müraciət etməyi unutmamalıdır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə