Cəlbedici görünmək üçün geyim FƏNDLƏRİ

Sevdiyiniz paltar almaq və geyinmək əhvalı yüksəldir. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, paltarın həqiqətən cəlbedici görünməsini istəyirsinizsə, bəzi stil düzəlişləri etmək lazımdır.

İncə bölgələrə diqqət yetirin

Bədəninizin incə hissələrini vurğulayaraq daha cəlbedici görünə bilərsiniz. Bu beliniz və ya ayaqlarınız ola bilər. Arıqsınızsa, belinizə bağlanan paltar və ya kəmərlərə, nazik ayaqlarınız varsa mini paltarlara şans verməlisiniz.

Naxışlardan kömək alın

Doğru yerdə istifadə olunan düzgün naxışlarla təsir edici görünüş əldə edə bilərsiniz. Naxışlar sayəsində daha incə, hündür və ya geniş çiyinlərə sahib olmaq olar. Uzun boy üçün şaquli xəttlərdən istifadə edin.

Korset

Çəkinizdən asılı olmayaraq, paltarın altından korset geyinmək daha yaxşı görünüş təmin edir. Rahat nəfəs ala biləcəyiniz və paltarlarınızın mükəmməl oturmasına kömək edəcək korset alın.

Düzgün eynəyi seçin

Günəş eynəyi həm sağlamlıq, həm də moda üçün əvəzolunmazdır. Həmçinin, trendlərə sadiq qalmalı və maraqlı eynəklərə vəsait ödəməlisiniz. Üzünüzə uyğun ömürlük günəş eynəklərinə pul verin.

Çanta seçiminə diqqət edin

Stilinizi tamamlayacaq ən vacib hissə, şübhəsiz ki, çantalardır. Çantanızı paltarınızın həcminə görə seçməlisiniz. Misal üçün: Daha çox həcmli paltar geyinməyə hazırlaşırsınızsa, daha kiçik, daha az həcmli paltar geyinəcəksinizsə, daha böyük çantalara üstünlük verməlisiniz.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə