Dırnaqlarınızı sarımsaqla gücləndirin ASAN RESEPTLƏR

Asanlıqla qırılan və zəif olan dırnaqların həllində sarımsağın böyük rolu var. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, sarımsağı müxtəlif yollarla istifadə edərək dırnaqlarınızı möhkəmləndirə bilərsiniz.

Dırnaqlarınız üçün sarımsaq reseptləri:

Bildiyiniz kimi sarımsaq sağlamlığımız üçün çox faydalı qidadır. Həmçinin, xərçəng növlərinin qarşısını almağa köməkdir. Gözəllik sahəsində də möhtəşəm dəyişikliklər təmin edir. Dırnaqlarımız onları zəiflədən bir çox maddəyə məruz qalır. Ona görə də sarımsaq onları sərtləşdirmək üçün əla təbii bir seçimdir. Qoxusu olduqca sərt olsa da, dırnaqlarınızı sağlam və möhkəm tutmaq üçün buna dəyər.

Dırnaq boyanıza sarımsaq əlavə edin

Bunun üçün 1 diş sarımsaq və rəngsiz dırnaq boyasına ehtiyacınız var. Sarımsağı soyun və əzin. Dırnaq boyası şüşəsinə sarımsağı əlavə edin və birbaşa dırnaqlarınıza tətbiq edib əllərinizdə saxlayın.

Sarımsaq suyu resepti

Su, 2 diş sarımsaq və bir qab tələb olunur. Evinizdə manikür seansını edərkən, dırnaqlarınıza bir az sarımsaq tətbiq etməyə başlayın. Sarımsağın qabığını soyun, sonra iki diş sarımsağı kəsib bir qaba suya qoyun. 15 və ya 20 dəqiqə qalsın. Sarımsağı sudan çıxarın və əllərinizi suda 15 dəqiqə saxlayın. Sarımsağı sudan götürməyinizin səbəbi əllərinizdən çox qoxu gəlməməsidir. Əllərinizi yuyaraq manikürünüzə normal davam edə bilərsiniz. Sarımsaq 15 dəqiqə ərzində vəzifəsini yerinə yetirmiş olacaq.

Zeytun yağı və sarımsaq qarışığı

Bu qarışığı hazırlamaq üçün lazımlı maddələr: 1 diş sarımsaq, aseton, boş bir dırnaq boyası şüşəsi. Boş dırnaq boyası şüşəsini və asetonla qalan bütün dırnaq lakını götürün. Sarımsağın qabığını soyun və əzin. Təmiz şüşəyə əzilmiş sarımsaq və zeytun yağı əlavə edin. Qarışımı dırnaqlarınıza çəkin və 15 dəqiqə sonra çıxarın.

Bu reseptdəki hər iki maddənin müəyyən faydaları var: Sarımsaq dırnaqları sərtləşdirmək, zeytun yağı isə nəmləndirmək üçün istifadə olunur. İstəsəniz, bu yağı badam yağı ilə əvəz edin. Çünki sarımsaq qoxusunu aradan qaldıracaq yağ badam yağıdır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə