İngiltərədə balina əməliyyatı

İngiltərənin paytaxtı Londonda Temza çayına 4 metr uzunluğunda balina girib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, dörd metrlik balina Richmond bölgəsində ortaya çıxıb. Sakinlərin xəbəri ilə əraziyə gələn yardım qrupları, balinanın bir qayıq eniş rampasında qaldığını tapıb. Yardım qrupları ətrafına su çiləyərək həyatda qalmağa çalışan balinaya müdaxilə üçün göndəriblər.

Tələyə düşmüş balina su sıxaraq sərin və nəm saxlanılmağa çalışılıb. Dörd saat davam edən xilasetmə işlərində vinçdən istifadə edilib.

Qeyd edək ki, balina gecə saat 01.00 radələrində xilas edilib.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə