Qırışların qarşısını bu yağlar alır BİLMƏNİZ VACİBDİR

Yaşlandıqca dərimiz sallanmağa və qırışmağa başlayır. SİA-nın verdiyi məlumata görə, qırışları aradan qaldırmaq üçün bir çox kosmetik məhsuldan istifadə edirik. Dərinizdə daha çox kimyəvi maddə istifadə etmək istəmirsinizsə, təbii yağlardan istifadə edə bilərsiniz.

1. Avokado yağı

Yağ turşuları ilə zəngin olan avokado yağı omeqa və A vitamini ehtiva edir. Bu yağ turşuları dəri üçün olduqca qidalıdır. Avokado yağı yaxşı bir nəmləndirici olmaqla yanaşı, zərərli günəş şüalarından qoruyan minerallar və antioksidanlar da qırışların qarşısını alır.

2. Limon yağı

Limon yağı sızanaq və göbələklərin müalicəsində çox təsirlidir. Antioksidan və antimikrobiyal tərkibi sayəsində limon yağı həm də qocalmaya qarşı çox yaxşı bir məhsuldur. İstifadəsi zamanı çox konsentrə yağ olduğu üçün limon yağı, üzüm yağı, hindistan cevizi yağı və zeytun yağı kimi yağlarla istifadə olunmalıdır. Tədqiqatlar sitrus yağlarının günəşə məruz qaldıqda dərini qıcıqlandırdığını üzə çıxarıb. Bu səbəbdən limon yağını gecə tətbiq etmək faydalıdır.

3. Lavanda yağı

Lavanda yağı yüksək antioksidan, antimikrobiyal və antibakterial təsirləri ilə sızanaq və qırışlara yaxşı təsir edir. Kiçik bir şüşədə bir neçə damla lavanta yağı, təmiz kokos yağı və ya başqa bir tamamlayıcı yağ ilə qarışdırın. Bu qarışığı gündəlik dəriyə qulluq qaydalarına əlavə etmək qırışlarla mübarizə aparmağa kömək edəcəkdir.

4. Üzüm toxumu yağı

Üzüm toxumu yağı şərabçılığın digər məhsuludur. Üzüm toxumları E vitamini və çox doymamış yağlarla zəngindir. Üzüm toxumu yağını masaj edərək birbaşa üzünüzə çəkə bilərsiniz.

5. Kök toxumu yağı

Kök toxumu yağı, kök toxumlarının soyuq pres üsulu ilə əldə edilən efir yağıdır. Antiinflamatuar və antimikrobiyal təsiri olan bu yağ həm də qocalma əleyhinədir. Antioksidanlarla da zəngin olan yerkökü toxumu yağı nəmləndirir və cavanlaşma təmin edir. Kök toxumu yağı digər ağır yağlar kimi tamamlayıcı yağlarla qarışdırılmalı və dəriyə çəkilməlidir.

6. Təmiz zeytun yağı

Zeytun yağı tərkibindəki vitaminlər və minerallar sayəsində möhtəşəm bir nəmləndirici rolunu oynaya bilər. Antioksidan təsiri ilə qırışları və incə xəttləri də aradan qaldıra bilər.

Qeyd edək ki, bütün bu yağları dərinizə çəkməyə qərar verməzdən əvvəl allergiyanız olub olmadığını yoxlayın.

Arzu Elsevərqızı

Bütün xəbərlər Facebook səhifəmizdə