Makiyaj süngərləri dərimizə mümkün qədər yaxşı şəkildə makiyaj tətbiq etməyimizə kömək edir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu süngər vasitəsilə tonal krem zolaqlar qalmadan, asanlıqla üzə tətbiq oluna bilər. Bəs süngərdən necə düzgün istifadə edə bilərik?
1. Əvvəlcə isladın
Süngərdən istifadə etmək üçün ilk addım suya batırmaqdır. Mümkün qədər su çəkib şişməsinə icazə verin.
2. Əlavə sudan süngəri sıxaraq azad edin
Makiyaj süngərini islatdıqdan sonra bir neçə dəqiqə gözlədib artıq suyu sıxıb çıxartmalısınız. Süngərin islanmaması və şişməməsi, makiyajınıza su damlamaması qədər vacibdir. Buna görə suyun çəkilməsini gözləyin və sonra artıq suyu yumşaq bir şəkildə sıxın.
3. Əlinizə tonal krem əlavə edin
Tonal kremi birbaşa üzə çəkmək düzgün deyil. Bu, qüsursuz bir görüntünün əksinə səbəb olur. Bunun əvəzinə məhsulu əlinizə əlavə edin. Makiyaj süngərini əlinizin üstündəki kremə batıraraq tətbiq edə bilərsiniz.
4. Kiçik toxunuşlarla tətbiq edin
Tonal krem tətbiq edərkən makiyaj süngərindən istifadə etdiyiniz texnika çox vacibdir. Süngəri üzünüzə sürükləmək əvəzinə dərinizə tez-tez toxundurub çəkin. Beləliklə, məhsulun daha yaxşı yayıldığını görəcəksiniz.
5. Üzün incə bölgələri üçün iti ucundan istifadə edin
Böyük ucu yanaqlarınızı və alnınızı tonal kremlə örtmək üçün istifadə edilsə də, kiçik ucunuzu gözlərinizin altı və burnunuzun ətrafına, yəni çətin çatan yerlər üçün istifadə etməlisiniz. Bu yolla heç vaxt bir məqamı qaçırmayacaqsınız.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə